Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Gömrükdə əməliyyat: “Dəri fırıldağı”nın üstü açıldı

Gömrükdə əməliyyat: “Dəri fırıldağı”nın üstü açıldı

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları istifadəyə yararlı olan dəri yükünün istifadəyə yararsız dəri tullantıları kimi rəsmiləşdirilərək ixrac olunması və beləliklə də, gömrük ödənişlərindən yayınılması cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən virtualaz.org-a bildirilib ki, “Mazımçay” gömrük postunda ölkəmizdən ixrac olunan “Lövhələr şəklində, rulonlarda olmayan dəri məmulatlarının istehsalı üçün yararsız təbii və ya kompozisiyalı dərinin kəsikləri və digər tullantıları” adlı yükü aparan “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Gömrük yoxlanılması zamanı müşayiət sənədlərinin arasında faktiki ixrac olunan yükə aid olmayan sənədlər aşkarlanıb. Həmçinin sənədlər arasında Mərkəzi Gömrük Ekspertizasının müvafiq rəyinin olmadığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …