Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Gömrük xidmətlərinin sayı artırılır

Gömrük xidmətlərinin sayı artırılır

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə Komitədən mətbuata bildirilib.

Nümayəndə heyətləri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin artırılması məsələlərini müzakirə ediblər.

Görüşdə “elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra Dövlət Gömrük Komitəsi ilə yanaşı, “ASAN xidmət” mərkəzləri vasitəsilə də həyata keçirilməsi barədə məsələlər müzakirə olunub.

Bundan başqa, tərəflər gələcəkdə “ASAN xidmət” mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın