Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Gömrük Komitəsinin 53 min dollar mənimsəyən müstəntiqi bəraət istəyir

Gömrük Komitəsinin 53 min dollar mənimsəyən müstəntiqi bəraət istəyir

Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi Nicat Qasımovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Ali Məhkəməyə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya protesti təmin etməyib.

İttihama görə, Nicat Qasımovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham elan olunub.

Cinayət işi üzrə Dövlət Gömrük Komitəsi zərərçəkmiş qismimdə tanınıb.

Bundan başqa, digər zərərçəkmiş Gürcüstan vətəndaşı Jaba Jibgaşvili tanınıb.

Qaçaqmalçılıqda ittiham olunan Gürcüstan vətəndaşının sərhəddən keçərkən üstündə tapılan 53 min dolların DGK-nın depozit hesabına qoyulub, Nicat Qasımov isə həmin pulu götürərək mənimsəyib.

Qeyd: Jibgaşvili başqa icraatda təqsirləndirilən şəxs qismində mühakimə olunub və 5 il müddətinə azadlıqdan mərhum edilib.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …