Şənbə , Mart 2 2024
Ana səhifə / Kriminal / Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı ilə bağlı QƏRAR

Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı ilə bağlı QƏRAR

Ali Məhkəmədə Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirləndirilən keçmiş əməkdaşı Cavid Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm və ya qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, C.Məmmədov rüşvət almaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrm edilib. O, məhkəmə zalında həbs olunub. C.Məmmədov hökmdən narazı qalıb və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd: C.Məmmədov bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, C.Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində, eləcə də dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiyaya qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bununla da Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilərək onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Həmçinin oxuyun

Ailəsini qətlə yetirən Əhmədin istintaqa ilk ifadəsi məlum oldu – VİDEO

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. Ə.Əhmədov ilkin …