Bazar , Oktyabr 2 2022
Ana səhifə / Kriminal / Gömrük Komitəsinin rüşvət alan keçmiş şöbə rəisi ilə bağlı qərar çıxarıldı

Gömrük Komitəsinin rüşvət alan keçmiş şöbə rəisi ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışmış Ceyhun Babayevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.


C.Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, həmçinin 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.


C.Babayev Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. O, daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə məxsus malların tranzit gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində MMC-lərin səlahiyyətli nümayəndələrindən müxtəlif məbləğdə pulu rüşvət kimi almaqda ittiham edilib.


C.Babayevə Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) maddəsi ilə ittiham verilib.

Həmçinin oxuyun

Suraxanıda narkotik dövriyyəsi, oğurluq və quldurluğa görə 222 nəfər saxlanılıb – VİDEO

Bakının Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz …