Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Gömrük Hospitalı, «Kaspar» və Dəmiryol xəstəxanası özəlləşdirilir

Gömrük Hospitalı, «Kaspar» və Dəmiryol xəstəxanası özəlləşdirilir

Yaxın vaxtlarda Azərbaycanın məşhur tibb müəssisələri özəlləşdirməyə çıxarılacaq.

Fins.az-ın məlumatına görə, bura Gömrük Hospitalı, Mərkəzi Dənizçilər Xəstəxanası (Kaspar) və onun nəzdindəki uşaq poliklinikası, Dəmiryol, Sutikinti xəstəxanaları, eləcə də Heydər Əliyev prospektində yenicə inşa edilən və hələ tam fəaliyyətə başlamamış Sağlamlıq Mərkəzi də var. Bundan başqa Dəmiryol Yollarının Bakıda və rayonlardakı dəmiryol xəstəxanaları və ambulatoriyaları da özəlləşdiriləcək. Bura Bakı Dəmir Yolu Xəstəxanası, Mərkəzi Dəmir Yolu Xəstəxanası Mərdəkandakı Əncirli Uşaq Dəmir Yolu Xəstəxanası, Gəncə, Hacıqabul, İmişli, Ələt, Salyyandakı dəmiryol xəstəxanaları aiddir.
Özəlləşdirməyə açılan obyektlərin bir hissəsi stomatoloji poliklinikadır. Onların arasında Bakının Nərimanov rayonunda Təbriz küçəsində (Nərimanov metrosunun) yerləşən tanınmış Respublika Uşaq Stomatologiya Mərkəzi də var.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın