Şənbə , Yanvar 29 2022
Ana səhifə / Kriminal / General Rövşən Əkbərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başladı

General Rövşən Əkbərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başladı

20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən general-leytenant Rövşən Əkbərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən açıq məhkəmə iclasına mətbuat nümayəndələri buraxılmayıb. Hazırda açıq keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi “qapalı” keçirilir.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə R.Əkbərov 10 il müddətinə azadlıqdan mərhum edilib.

Həmçinin, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

R.Əkbərov Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R.Əkbərovdan 40 min manat məbləğində pul tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Məhkəmə R.Əkbərovun hərbi rütbəsi, fəxri adlarının alınmasının zəruri hesab etməyib.

İttihama görə, R.Əkbərov 20 il öncə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesinin yaxınlığında baş verib. virtualaz.org

Həmçinin oxuyun

Həbsdə olan generalın 10 milyonluq əmlakı üzə çıxdı – FOTOLAR

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi general Mövlam …