Ana səhifə / Kriminal / General oğlunun vurduğu sürücü: “O, qəfildən məni yumruqla vurdu…”

General oğlunun vurduğu sürücü: “O, qəfildən məni yumruqla vurdu…”

Bakıda xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Azinforum.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdəzərərçəkmiş Sənan Səmədov ifadə verib.
O, hadisə haqqında danışarkan bildirib ki, “Əcəmi darəsində” təqsirləndirilən Rüstəm Orucovla mübahisəsi siqnal vermək üstə olub: “O, normal şəkildə yanıma gəldi. Niyə siqnal verdiyimi soruşdu. Ona yol nişanını göstərdim. Mənə nalayiq söz dedi. Dedim ki, “maşında ana-bacı var”. Nömrəmi istədi, vermədim, maşını arxamca sürüdü. Sonuncu dayanacağa çatanda dispteçer Əsgər Qasımova bu barədə bildirdim. Rüstəm mənə tək yaxınlaşdı. Əsgər müəllim ondan soruşanda “ağsaqqal, bir kəlmə söz deyirəm” deyib, məni qırağa çəkdi. O, qəflətən məni yumruqla vurdu. Yerə yıxılıb özümüdən getdim”.
Xatırladaq ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Pərviz Abbasov və Kənan Vəliyevin hər birinə 1 il 6 ay cəza kəsilib. Onlar məhkəmə zalında həbs ediliblər.
İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.
Rüstəm Orucov ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaqda təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Hadisənin digər iştirakçıları Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.
Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilib.
Onu da qeyd edək ki, Rüstəm Orucov Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsində işləmiş general-mayor Novruzəli Orucovun oğludur.
Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …