Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Kriminal / General Nizami Məmmədov və zabitlər məhkəmə qarşısında 

General Nizami Məmmədov və zabitlər məhkəmə qarşısında 

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun məhkəməsi başlayıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ayrı-ayrı hərbi hissələrin maliyyə rəisləri şahid qismində ifadə verir. 

Nizami Məmmədovla yanaşı zabitlər – Bayram Bayramov, Cəlal Kazımov və Vüsal Əlizadə də mühakimə olunur. 

ş materiallarına əsasən, təqsirləndirilən şəxslər xidməti vəzifələrindən sui-istifadə edərək bütün qoşun növlərində maliyyə məsələlərini həll etmək və dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəli xərclənməsini təmin etmək əvəzinə digərləri ilə əlbir olaraq 143 milyon manat pul vəsaitini mənimsəyiblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Bu Adıçəkilən şəxslərin təqsiri sübuta yetiriləcəyi təqdirdə bu maddələrlə onları 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Həmçinin oxuyun

Kamil Zeynallıya görə jurnalist Məhəmmədəli Qəriblini evindən oğurladacağını deyən bu adamdır-Foto

Kamil Zeynallı açıqlama verib ki, onun adından məni hədələyən adamı tanımır. Sonra deyib ki, guya, …