Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / General Həsən Şirinovun bacısı oğlu həbs olundu

General Həsən Şirinovun bacısı oğlu həbs olundu

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib.

Azinforum.az xəbər verir ki, bu barədə “azpolitika”ya Xətai Rayon Məhkəməsindəki mənbələrdən məlumat daxil olub.

Cahangir Əliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün keçmiş əməkdaşıdır. O, sahibkarlıqla məşğul olan vətəndaşın  170 min manatını ələ keçirib qaytarmadığına görə sonuncunun şikayəti əsasında polis orqanlarından uzaqlaşdırılıb.

Maraqlıdır ki, hazırda İcra Şöbələrində general Həsən Şirinovun daha bir neçə yaxınının – digər bacısı oğlu Ələmşah Cəfərovun, qardaşı Aslan Şirinovun və başqa yaxınlarının icra etmədikləri bir neçə məhkəmə qətnamələri var. Onlar saxta sənədlər əsasında ələ keçirdikləri torpaqları satıb, pulunu mənimsədikləri onlarla vətəndaşın – o cümlədən Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Namiq Valeh oğlu, Məmmədov Xəqani Məmməd oğlu və İbrahimova Şəbnəm Eldar qızının külli miqdarda vəsaitini geri qaytarmaq barədə məhkəmə qərarlarını icra etmirlər. Lakin məhkəmə icraçıları hansısa səbəbdən, istisna deyil ki, cavabdehlər məhz general Həsən Şirinovun yaxınları olduqlarına görə vətəndaşlara dəymiş ziyanı ödətdirmirlər.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …