Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Gecə Keşlədə qətl törədənin kimliyi bilindi

Gecə Keşlədə qətl törədənin kimliyi bilindi

Hüquq-mühafizə orqanları “Hyundai Elantra” markalı maşına atəş açmaqla bir nəfərin ölümü, bir nəfərinsə yaralanmasına səbəb olan adamın şəxsiyyətini müəyyənləşdirib. 

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Qeyd edək ki, dekabrın 27-dən 28-nə küçən gecə paytaxtın Keşlə qəsəbəsində odlu silahdan istifadə edilməklə qəsdən adamöldürmə faktı qeydə alınıb. Atəşə tutulan avtomobildə olan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Babayev Tural Rəhim oğlu hadisə yerindəcə ölüb, 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğlu isə yaralanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, avtomobilə atəş açan şəxs 34 yaşlı İsmayılov Zaur Zülfüqar oğludur. İstintaq onun cinayəti АК-74 markalı avtomatla törətdiyini təsbit edib.

Hələlik İsmayılov saxlanılmayıb, lakin cinayət-axtarış qrupunun əməkdaşları bu istiqamətdə iş aparırlar. O da məlum olub ki, qatil gənclərə hücum etmək üçün “Evro Rent a Car” şirkətindən avtomobil kirayələyib. Hələlik cinayətin motivi barədə heç nə məlum deyil.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, gəzdirmə, daşıma və saxlama) maddələri ilə cinayət işi başlanıb.

Araşdırma davam edir.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …