Çərşənbə , İyun 19 2019
Ana səhifə / Kriminal / Gecə yarısı QANLI CİNAYƏT: – qısqanc ər arvadını qanına qəltan etdi

Gecə yarısı QANLI CİNAYƏT: – qısqanc ər arvadını qanına qəltan etdi

Ağcabədidə qanlı olay baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında rayonun Taxtakörpü kəndində qeydə alınıb. 

Kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Əliyev qısqanclıq zəminində arvadı, 1980-ci il təvəllüdlü Tahirə Əliyeva ilə mübahisə edib. Qısqanc ər cibində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr vurub. Daha sonra hadisə yerindən qaçıb. 

Yaralı qonşular tərəfindən xəstəxanaya çatdırılıb. Qadının həyatını xilas etmək mümkün olub. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri – VİDEO

Ötən gün Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında baş vermiş …