Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Gəncədə avtoxuliqanlıq edən gənclər saxlanıldı – FOTOLAR

Gəncədə avtoxuliqanlıq edən gənclər saxlanıldı – FOTOLAR

Gəncədə şəhərin küçə və yollarında avtoxuliqanlıq edən 3 nəfər həbs edilib.

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan musavat.com-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri Ayxan Məmmədov, Nicat Seyidzadə, Novruz Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Mercedes”, “VAZ 2011”, “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.

Bundan başqa Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bayram günlərində çoxavazlı səs siqnalları ilə vətəndaşların rahatlığını pozan və avtomobilin konstruksiyasına dəyişiklik edən sürücüləri də aşkarlayıb. Həmin sürücələrin avtomobilləri cərimə meydançasına aparılmaqla inzibati qaydada məsuliyyətə cəlb ediliblər.m

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …