Ana səhifə / Kriminal / Gəncədə ağır qəza: polis hadisəni törədənləri niyə gizlədir? – VİDEO

Gəncədə ağır qəza: polis hadisəni törədənləri niyə gizlədir? – VİDEO

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə 20 iyun tarixində səhər saatlarında qeydə alınıb.
77 PE 158 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı maşın yolda hərəkətdə olan 99 VE 363 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobili vurub. Hadisə nəticəsində “Prius”un sürücüsü Mollaəyyublu Məcruh Məcid oğlu ağır xəsarət alıb, o, təcili olaraq xəstəxanaya çatdırılıb. Sürücü əməliyyat olunub, hazırda xəstəxanada müalicə alır.

Digər maşında olan iki nəfər isə heç bir xəsarət almayıb. Hadisə şahidlərinin sözlərinə görə, “Chevrolet Cruze”un sürücüsü içkili olub, videodan da göründüyü kimi, o, ayaq üstündə dayana bilmir, yıxılır. Hadisə yerinə gələn “Niva” markalı avtomobil qəzanı törədən sürücünü və maşındakı digər şəxsi hadisə yerindən qaçırıb.

Maraqlıdır ki, hadisənin üzərindən 2 gün keçməsinə baxmayaraq, qəzanı törədən şəxslər hələ tapılmayıb, xəsarət alan sürücünün izahatını almaq üçün xəstəxanaya heç bir hüquq-mühafizə orqanı əməkdaşı yaxınlaşmayıb.

https://t.me/bakupost/8272?embed=1

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …