Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Gəncədə 28 yaşlı oğlanı küçədə bıçaqlayıb öldürdülər

Gəncədə 28 yaşlı oğlanı küçədə bıçaqlayıb öldürdülər

Gəncədə qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib. Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu küçədə döş qəfəsindən bıçaqlanıb. Yaralı Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Həsənov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …