Ana səhifə / Kriminal / Gəncədə əməliyyat keçirildi: Vəzifəli şəxslər saxlanıldılar

Gəncədə əməliyyat keçirildi: Vəzifəli şəxslər saxlanıldılar

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Əsasən keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözü gedən qurumda çalışan Elçin Ələkbərov saxlanlıb.

Adıçəkilən şəxslər işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinir. Hər iki şəxs hazırda vəzifə səlahiyyətlərini aşdığına görə saxlanılıb.Baku.ws

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …