Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Kriminal / “Gənclik mall”da insident

“Gənclik mall”da insident

Bu gün “Gənclik mall” da mühafizəçilərlə müştəri arasında insident yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə hadisəyə şahidlik etmiş şəxslər sosial şəbəkədə məlumat yayıblar. Onların sözlərinə görə, “Gənclik mall”un mühafizəçiləri bir xanımı hər kəsin içində uca səslə təhqir edib, hətta sürüyüblər. 

“Qafqazinfo” məsələ ilə bağlı ticarət mərkəziylə əlaqə saxlayıb. Məlumat mərkəzindən belə bir halın baş verdiyi təsdiqlənib. Bildirilib ki, həmin xanım mərkəzdə salfet satmaq istəyirmiş: “Mühafizəçilər təlimata uyğun olaraq, həmin xanımın oranı tərk etməsini istədilər. O isə təlimata əməl etməyərək mühafizəçini vurub. Mühafizəçilər bu vəziyyətdən sonra xanımı oradan güclə çıxartdılar. Belə bir halın yaşanmasına görə, sözügedən mühafizəçilərə töhmət verilib”.

Həmçinin oxuyun

İstintaq başa çatdı, ancaq biznes-ledi hələ də ərini qətlə yetirdiyini etiraf etmədi

Əri 40 yaşlı Araz Sofiyevin qətlində təqsirləndirilən “4S” şirkətinin rəhbərinin keçmiş müavini Rəna Sofiyevanın cinayət …