Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Kriminal / Gənclər Fondunun işçisi yarım milyonluq dələduzluğa görə həbs edildi

Gənclər Fondunun işçisi yarım milyonluq dələduzluğa görə həbs edildi

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri kimi təqdim edilən Cəbrail Fərzəliyevin həbsi və hansı təşkilatlarda fəaliyyət göstərməsi ilə bağlı özəl məlumatlar əldə etmişik.
Tribunainfo.az-a verilən informasiyada bildirilir ki, C.Fərzəliyev Gənclər Fondunun işçisi olub. Eyni zamanda, YAP Gənclər Birliyinin aparatında da fəaliyyət göstərib. Məlumata görə, o, Gənclər Fondunun rəhbəri Fərid Cəfərovun və “Kapital bank”ın şikayəti əsasında həbs edilib. C.Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə ibtidai istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq. Xəbərlərə görə, Fərzəliyev bir müddət öncə videomüraciət yaysa da, sonradan həmin kadrlar yığışdırılıb. Ən qısa zamanda sözügedən videomüraciəti yaymağa çalışacağıq.

Həmçinin oxuyun

İranın Azərbagcandakı casus şəbəkəsi necə ifşa edildi? (ŞƏRH)

“Gələcəkdə hələ xeyli casus mərkəzləri aşkara çıxarılıb, zərərsizləşdiriləcək”.Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli …