Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / Gənc oğlan nişanlısına təcavüz edib – Bakıda

Gənc oğlan nişanlısına təcavüz edib – Bakıda

Suraxanı rayonunda zorlama hadisəsi baş verib. Gənc oğlan gələcək həyat yoldaşı ilə onun iradəsinə zidd olaraq cinsi əlaqədə olub.

“ Azinforum.az ” xəbər verir ki, bu haqda məlumatı Oxu.Az yayıb. Hüquq – mühafizə orqanlarından bildirilib ki, fevralın 11-də Suraxanı qəsəbə sakini, 40 yaşlı A.Q. polisə müraciət edib. Qadın bildirib ki, yeni il gecəsi (31 dekabr 2017) onun 2002-ci il təvəllüdlü qızı evlərinə qonaq gəlmiş nişanlısı – 1996-cı il təvəllüdlü Gürcüstan vətəndaşı M.Q. tərəfindən zorlanıb.

Zorlamazdan əvvəl gəncin nişanlısına psixotrop maddə verdiyi bildirilir. Hadisənin üstü bir ay yarım sonra açılıb, qızın hamilə qaldığı ortaya çıxıb.

Hələlik fakt üzrə heç kim saxlanılmayıb, 31 saylı polis bölməsi fakt üzrə araşdırma aparır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …