Çərşənbə , İyun 19 2019
Ana səhifə / Kriminal / Gəncədəki terror aktına dəstəyə görə axtarışda olan 2 nəfər ölkəyə gətirilib

Gəncədəki terror aktına dəstəyə görə axtarışda olan 2 nəfər ölkəyə gətirilib

Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxslərin tam dairəsi müəyyən edilib.

Bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov bildirib.

Baş prokuror qeyd edib ki, bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib”.

“Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib”.

Z.Qaralov əlavə edib ki, bu hadisədə əli olanlardan heç kim məsuliyyətdən kənarda qalmayacaq: “Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq”.

Həmçinin oxuyun

Yol polisi saxladı, BNA cərimə yazdı – Bakıda kuryoz hadisə + FOTO

Bakıda vətəndaşın başına kuryoz hadisə gəlib. Bakupost.az-ın məlumatına görə, Fərhad Həmidov adlı vətəndaş yolda hərəkət …