Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Kriminal / Gəncədə xəstəxanada yanğın – Zəhərlənən var

Gəncədə xəstəxanada yanğın – Zəhərlənən var

Gəncədə Endokrinoloji xəstəxanada yanğın olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq Gəncədə yerləşən Endokrinoloji xəstəxanada qatı tüstülənmə ilə başlayan yanğın olub. Dərhal hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəstəxananın bir nəfər işçisi tüstüdən zəhərlənib. O, dərhal xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir.

Hazırda alovun söndürüldüyü bildirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.

Həmçinin oxuyun

Baş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib

Baş Prokurorluq məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələrində və …