Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / Gəncədə partlayış nəticəsində 1 nəfər hərbçi dağıntılar altından sağ çıxarılıb (FOTO/VİDEO)

Gəncədə partlayış nəticəsində 1 nəfər hərbçi dağıntılar altından sağ çıxarılıb (FOTO/VİDEO)

Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından bir nəfər sağ çıxarılıb. Bu barədə Trend-ə özəl olaraq Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, dağıntılar altından çıxarılan şəxs hərbi qulluqçu olduğu üçün hazırda hərbi hospitala yerləşdirilib.

P.Əbubəkirov əlavə edib ki, hadisə nəticəsində dünyasını dəyişən şəxs də hərbçi olub.

Nazirlik sözçüsü bildirib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Həmçinin oxuyun

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) əməkdaşları tərəfindən saxlanılmış İmişli Rayon İcra …