Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / Gəncədə dayı və bacıoğlu arasında bıçaqlaşma olub – TƏFƏRRÜAT

Gəncədə dayı və bacıoğlu arasında bıçaqlaşma olub – TƏFƏRRÜAT

Gəncə şəhərində baş verən bıçaqlanma ilə bağlı bəzi təfərrüatlar məlum olub.
“Report”un Qərb bürosu xəbər verir ki, hadisə dayı və onun yeniyetmə bacısı oğlu arasında qeydə alınıb.
2001-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Arzu Qalib oğlu 1989-cu il təvəllüdlü dayısı İsmayılov Elnur Arzu oğlu ilə mübahisə edib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya çevrilib. Nəticədə onlar bıçağa əl atıblar. Bu zaman bacıoğlu Arzu bıçaqla dayısı Elnurun boğaz nahiyəsinə xəsarət yetirib. Elnur isə buna qarşılıq verərək Arzunun qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralıların hər ikisi təcili xəstəxanaya çatdırılıb.
Elnurun vəziyyəti yüngül olduğundan ona ambulator yardım göstərilib. Bacıoğlu Arzunun vəziyyəti orta-ağırdır.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …