Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Kriminal / Gəncə taxta bazarında yanğın – Yenilənib + Video

Gəncə taxta bazarında yanğın – Yenilənib + Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub. 

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək. 

**

Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında baş vermiş yanğın söndürülüb. 

“Qafqazinfo”nun məlumatına görə, yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Elmar Əli 

**

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, saat 00:40-da Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerinə ilkin çatan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən yanğının miqyası nəzərə alınaraq 2 saylı çağrış elan edilib.

Yanğın nəticəsində ümumi sahəsi 2 ha olan “DAŞQIN” inşaat materialları bazarının ərazisində ümumi sahəsi 1400 m² olan talvarın yanar konsturksiyaları, altına yığılmış 15 ədəd taxtakəsən dəzgah və 100 m² sahədə avtomobil ehtiyyat hissələri yanıb. Yaxınlıqdakı digər satış obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 01:16-da söndürülüb.

Həmçinin oxuyun

Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

Xəzər rayon məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində həbs qətimkan …