Cümə , Oktyabr 18 2019
Ana səhifə / Kriminal / Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi – FOTO

Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi – FOTO

AzVision.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2013-ci ilin 10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən, axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.
Ümumilikdə, 10 iyul hadisələrinə görə həbs edilənlərin sayı 22 nəfərə çatıb. Daha 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Eyni zamanda, məlumata görə, 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfərin barəsində axtarış elan edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Azərbaycanda 15 yaşlı qıza təcavüz edildi, valideyinləri… – Təfərrüatlar

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən şəxsə cinayət işi açılıb. Ağdaş …