Bazar , Yanvar 17 2021
Ana səhifə / Kriminal / Gədəbəydə evə basqın: qadını döyüb, 40 min manatlıq qızıllarını apardılar

Gədəbəydə evə basqın: qadını döyüb, 40 min manatlıq qızıllarını apardılar

Gədəbəydə döyülmə faktı qeydə alınıb.

Gədəbəy şəhərində yaşayan 1959-cu il təvəllüdlü İbrahimova Rahilə Tapdıq qızı yaşadığı evdə naməlum şəxslər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R.İbrahimova rayonda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Gecə saatlarında naməlum şəxslər onun yaşadığı evə daxil olaraq qadını döyüb, evdə olan təxminən 40 min manat dəyərində olan qızıl zinət-əşyalarını aparıblar.

Faktla bağlı araşdırma aparılır. (APA)

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …