Cümə , Oktyabr 30 2020
Ana səhifə / Kriminal / Gədəbəydə ağır qəza – 2 ölü, 4 yaralı

Gədəbəydə ağır qəza – 2 ölü, 4 yaralı

Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.  

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib.

Hərəkətdə olan iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər.

Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo” hadisə ilə bağlı Gədəbəy Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, 2 nəfər elə hadisə yerindəcə ölüb. Onların ikisi də sürücüdür. Yaralılar xəstəxanaya daxil olarkən vəziyyətləri orta-ağır olub.
Hazırda bütün yaralılar Gəncə xəstəxanasına köçürülüb, vəziyyətləri normaldır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …