Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Kriminal / FTX əməkdaşları Anar Məmmədovu Stavropolda həbs etdi

FTX əməkdaşları Anar Məmmədovu Stavropolda həbs etdi

FTX əməkdaşları Stavropol bölgəsində Suriyalı yaraqlılara işləyən şəxsi həbs edib.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, həmin şəxsin Azərbaycan vətəndaşı Anar Məmmədovun olduğu müəyyən edilib. O, Rusiya vətəndaşları ilə sosial şəbəkələrdə yazışaraq, onları Suriyadakı qanunsuz silahlı dəstələrə qoşulmağa cəlb edib.

“Məmmədov Rusiya Federasiyasının ərazisində qalmaq üçün Gürcüstan vətəndaşının saxta pasportundan istifadə edib”, – mənbə bildirib.

Bundan başqa, işə cəlb edənin ən azı üç potensial yaraqlı ilə əlaqədə olduğu açıqlanıb.

Fevralın 5-də Rostov-Don Cənubi Rayon Hərbi Məhkəməsi A. Məmmədovu 14 il müddətinə azadlıqdan məhrum edib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …