Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Frend House” çay evinin sahibi 4 min, qonaqlar isə 400 manat cərimələnib – VİDEO

“Frend House” çay evinin sahibi 4 min, qonaqlar isə 400 manat cərimələnib – VİDEO

Bəzi ictimai-iaşə obyektlərində neqativ halların qarşısının alınması, qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Azinorum.az DİN-ə istinadla bildirir ki, növbəti belə tədbir zamanı Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Frend House” çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.

Orada qəlyandan istifadə edən 16 nəfərin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400, çay evinin sahibi Teymur Quliyev isə 4 000 manat məbləğində cərimələnib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …