Ana səhifə / Kriminal / Formula 2 yarışı üzrə sərbəst yürüşlər zamanı qəza baş verdi – Fotolar

Formula 2 yarışı üzrə sərbəst yürüşlər zamanı qəza baş verdi – Fotolar

2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Bakı Şəhər Halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşlər başa çatıb.

Musavat.com xəbər verir ki, sərbəst yürüşlər zamanı qəza halları da yaşanıb. Belə ki, “BWT Arden” komandasının pilotu Maksimilian Günterin idarə etdiyi boliddə alışma baş verib.Lakin marşalların köməyi ilə bolidin yanmasının qarşısını almaq mümkün olub.

Bu gün həmçinin saat 13:00-dan 14:30-dək Formula1 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da isə Formula 2-nin sıralama turu başlayacaq.

Azərbaycanda Formula 2 yarışının 2-ci mərhələsi təşkil edilir. Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Bakıda Formula 2 üzrə iki yarış keçiriləcək. F2 pilotları Bakı şəhər halqasında birinci yarışda 29, ikinci yarışda isə 21 dövrə vuracaqlar.

Artıq Formula 2 çempionatının ilk turu geridə qalıb. Hazırda pilotların sıralamasında “Carlin” komandasının sürücüsü Lando Norris 39 xalla birinci pillədə yer alır. Onu 30 xalla Artem Markelov (“Russian Times”) və 28 xalla Sergio Setta Kamara (“Carlin”) izləyir.

Qeyd edək ki, Bakıda 3-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 29-dək davam edəcək.

 

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …