Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / “Forbes” dünyanın ən bahalı şirkətlərinin yeni reytinqini açıqlayıb

“Forbes” dünyanın ən bahalı şirkətlərinin yeni reytinqini açıqlayıb

ABŞ-ın “Forbes” məşhur maliyyə-iqtisadi jurnalı “Dünyanın ən bahalı 100 şirkəti” araşdırmasının 2017-ci il nəticələrini açıqlayıb. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu il ən qiymətli 100 şirkətin məcmu dəyəri 1,95 trln. dollar təşkil edib.

Jurnalın araşdırmasına görə, bu il qiymətini nisbi olaraq ən çox artıran markalar “Amazon”, “Facebook” və “Starbucks”, ən çox itirən isə “IBM”, “HSBC” və “Caterpillar” olub.

Reytinqdəki ilk sırada yer alan şirkətin adı isə dəyişməyib. Bu, 170 mlrd. dollar dəyərində olan ABŞ-ın “Apple” şirkətidir. İkinci sırada “Google” (101,8 mlrd. dollar), üçüncü sırada isə “Microsoft” (87 mlrd. dollar) yer alıb. Dördüncü sıraya yüksələn “Facebook”un qiyməti 73,5 mlrd. dollar, 5-ci sırada isə “Coca-Cola” (56,4 mlrd. dollar) qərarlaşıb.

ABŞ-dan olmayan ən qiymətli şirkət isə 8-ci sırada yer alan Yaponiyanın “Toyota” şirkəti (41,1 mlrd. dollar) olub. Cənubi Koreyanın “Samsung” şirkəti (38,2 mlrd. dollar) isə 10-cu sırada yer alıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın