Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / Flora Kərimova Alovlunu məhkəməyə verdi

Flora Kərimova Alovlunu məhkəməyə verdi

Xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.

Vəkil İlkin Ağazadənin “Qafqazinfo”ya verdiyi məlumata görə, 2 sentyabr 17.00-da  Binəqədi Rayon Məhkəməsində Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi ilə Xalq artisti Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Ülviyyə Alovlu)  qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə əsasən məhkəmə icrasına baxılması üçün hazırlıq iclası təyin edilib.

Xatırladaq ki, tərəflər arasında gərginlik Xalq artistinin bir müddət əvvəl sosial şəbəkələrdə yayılan 3 qızın videosuna reaksiyası olub.  

Ü. Alovlu sənətçinin reaksiyasını sərt bir şəkildə tənqid etmişdi. 

Həmçinin oxuyun

Vüqar Səfərli ev dustaqlığına buraxılmadı

Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) …