Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Fitnes” kolbasa və sosiska istehsalı müəssisəsinin direktoru: “Məhsullarımızın keyfiyyətinə tam məsuliyyətimizlə cavabdehik”

“Fitnes” kolbasa və sosiska istehsalı müəssisəsinin direktoru: “Məhsullarımızın keyfiyyətinə tam məsuliyyətimizlə cavabdehik”

Yanvarın 19-da musavat.com saytında “Bakıda “leş şəbəkəsi”ni kim himayə edir?” başlıqlı yazı dərc edilmişdi. Yazıda Bakıya vaxtı keçmiş, istifadəyə yarasız ətləri gətirən, əti satan şəxslərin saxlanıldığı halda bu məhsulları alan, istifadə edən şəxslər, müəssisə sahibləri haqda heç bir tədbir görülməməsinə diqqət çəkilirdi.

Yazıda həmçinin bir neçə gün əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən keçirilən əməliyyat zamanı istifadə müddəti keçmiş kolbasa və sosiska məhsulları satmaq istəyən şəxslərin saxlanıldığı da qeyd edilirdi.

Həmin şəxslər “Al-Sana” MMC-nin işçiləri idi. Onlar istifadə müddəti bitmiş “Fitnes” kolbasa və sosiskaları satarkən saxlanılmışdı. Yazı dərc edildikdən sonra müəssisə əməkdaşları redaksiyamızla əlaqə saxlayaraq haqlarında yazılan yazıda yanlış anlaşılmanın olduğunu bildiriblər.

“Al-Sana” MMC-nin tərkibində fəaliyyət göstərən “Fitnes” kolbasa və sosiska istehsalı müəssisəsinin direktoru Rövşən Adbullayev musavat.com-a bildirib ki, onların iki əməkdaşı istifadə müddəti keçmiş məhsulları özbaşına satmağa cəhd ediblər: “Saxlanılan hər iki şəxs bizdən xəbərsiz belə bir addım atıblar. Bizim istifadə müddəti keçmiş məhsullarımız dərhal məhv edilir. Həmin məhsulun yenidən kimsə satılması mümkün deyil. Hətta yarasız məhsul kimi, fermaya aparmaq istəyən insanlara belə məhsul satmırıq”.

Müəssisə direktorunun sözlərinə görə, həmin əməkdaşlar dərhal işdən uzaqlaşdırılıblar. Bundan sonra müəssisədə əməkdaşların iş rejiminə diqqət daha da artırılıb: “Biz göstəriş vermişik ki, marketlərdən qayıdan mallar dərhal yerindəcə doğranılsın və məhv edilsin. Biz ölkədə halal kolbasa və sosiska istehsalı ilə məşğul olan firmalardan biriyik. Məhsullarımızın keyfiyyətinə tam məsuliyyətimizlə cavabdehik”.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın