Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Fitch: Azərbaycan büdcə kəsirini neytrallaşdırmağı bacaran 4 neft ölkəsindən biridir

Fitch: Azərbaycan büdcə kəsirini neytrallaşdırmağı bacaran 4 neft ölkəsindən biridir

Keçirilən islahatlar nəticəsində neft qiymətlərindəki kəskin azalmanın büdcəyə mənfi təsirini neytrallaşdırmağı bacaran ölkələr Konqo, Azərbaycan, Qazaxıstan və Behreyn olub.

“Report” “Kommersant” qezetinə istinadən xəbər verir ki, bu barədə açıqlama “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən verilib.
Agentliyin hesabatında bildirilir ki, Fars körfəzi ölkələri isə milli valyutaının məzənnəsinə toxunmadan büdcə xərclərini azaldaraq büdcə kəsirini minimuma endirməyə müvəffəq olub. Qazaxıstan, Rusiya və Azərbaycan isə devalvasiya etməklə neft qiymətlərindəki azalmanın büdcəyə mənfi təsirini aradan qaldıra bilib. Hazırkı neft qiymətlərində kəsirsiz büdcəyə sahib olan yeganə ölkə isə Küveyt olub.
“Fitch” agentliyi 2017-ci il üçün neftiin orta qiymətinin 52,5 dollar/barel olacağını ehtimal edir. Bu qiymət neft hasil edən 14 ölkədən 11-i üçün büdcə kəsirinə səbəb olacaq. Agentlik bildirir ki, “neft hasil edən ölkələrin fiskal və monetar siyasətlərindəki sərtləşdirmə tədbirlərinə baxmayaraq, tam olaraq neft qiymətlərindəki azalmanın təsirindən qurtulmaq mümkün olmayacaq”.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın