Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Fırıldaqçılar nefti 15 dollara endirmək üçün işə başladı – Bloomberg

Fırıldaqçılar nefti 15 dollara endirmək üçün işə başladı – Bloomberg

Birja fırıldaqçıları 2016-cı ildə dünya bazarlarında neftin qiymətini bir barrel üçün 15 dollara qədər endirməyə hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” agentliyi bir sıra investorlara istinadən bildirir.

Məlumata əsasən neft fırıldaqçıları onlara ancaq neftin qiymətinin indikindən kəskin aşağı düşməsi halında gəlir gətirəcək qısamüddətli kontraktlar alırlar.

Birja fırıldaqçılarını bu addıma getməyə sövq edən əsas amil neft ixrac edən ölkələrin karteli OPEC-in hasilat kvotasını artırmaq barədə bu ay qəbul etdiyi qərardır. Rəsmi olaraq hasilatın nə qədər artacağı göstərilməsə də gözlənilir ki, kartel hasilatı gündəlik 30 milyon barreldən 31,5 milyon barrelə qaldıracaq.

İkinci neqativ amil isə İranın gələn ilin əvvəllərindən bazara daha artıq neft çıxarmağa hazırlaşmasıdır. Bu amillər bazarda tələbi azaldacaq və qiymətin daha da aşağı enməsinə səbəb olacaq.

Habelə Rusiya da daxil olmaqla bəzi ölkələrdə hasilatın artacağına dair proqnozlar da qiymətin aşağı düşməsini gözləyənlərin işinə yarayır.

Amerikanın nüfuzlu “Goldman Sachs” investisiya bankı isə proqnozlaşdırır ki, dünya neft bazarında təklifin tələbi üstələməsi bütün 2016-cı il boyu davam edəcək. Bu maliyyə təşkilatının proqnozuna görə neftin qiyməti gələn il 20 dollara qədər düşə bilər.

“Bloomberg”in Nyu-York Əmtəə Birjasının məlumatlarında istinadən verdiyi proqnozlarda da neftin ucuzlaşması qaçılmaz hesab edilir. Agentlik neftin barelinin 30, 25, 20 və 15 dollara qədər enəcəyinə dair bir sıra proqnozlar verib. Artıq dekabr ayında bu qiymətlərlə bağlanmış kontraktlar üzrə 650 min barrel neft satılacağı gözlənilir.

Hazırda birjalarda “Brent” markalı neftin barreli 37 dollara yaxındır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın