Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Finlandiya şirkəti azərbaycanlı iş adamlarını – Əməkdaşlığa çağırdı

Finlandiya şirkəti azərbaycanlı iş adamlarını – Əməkdaşlığa çağırdı

Finlandiyanın tikinti üçün polad və polad konstruksiyaları həllərinin aparıcı beynəlxalq təchizatçısı olan  şirkəti Qazaxıstan, Özbəkistan, habelə Azərbaycan iş adamları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Qafqazinfo” xəbər verir ki, şirkəti Azərbaycan və Mərkəzi Asiya regionu bazarlarına daha yaxından tanıtmaq məqsədi ilə “Ruukki Construction”ın Qazaxıstan nümayəndələri oktyabrın 30-dan noyabrın 2-nə kimi yuxarıda adları qeyd edilən ölkələrin jurnalistləri üçün Alma-Ata şəhərinə press-tur təşkil edib.

Mətbuat konfransında şirkətlə bağlı jurnalistlərin suallarını cavablandıran “Ruukki Construction” şirkətinin komponentlərin satışı və ixrac satışı üzrə direktoru Roman Senatorov bildirib ki, şirkət Azərbaycan bazarına çıxmaqda maraqlıdır:

“Azərbaycanda ciddi əməkdaşlıq etdiyimiz kifayət qədər şirkətlər və bu ölkədə reallaşdırdığımız bir sıra böyük obyektlər var. Hazırda biz Azərbaycandakı bu şirkətlərlə, o cümlədən “Azersun” ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik. “Azersun” bizim şirkətin aparıcı tərəfdaşlarından biridir və “Ruukki Construction” bu şirkətlə əlaqələri inkişaf etdirməyi planlaşdırır”.

R.Senatorov onu da qeyd edib ki, əgər perspektivdə obyektlərin sayı artarsa şirkət Azərbaycanda da nümayəndəlik açmağı istisna etməyəcək.

O bildirib ki, şirkət bütün dünyada metalın yüksək keyfiyyətli olmasına, innovasiya inkişafı və tikinti sahəsində enerji səmərəliliyinə görə məşhurdur:

“Biz şadıq ki, məhsullarımız və xidmətlərimizi Qazaxıstan, Özbəkistan, Azərbaycan və Qırğızıstandan olan sifarişçilər layiqincə qiymətləndirirlər. Seysmoloji cəhətdən aktiv olan bu regionlar hər zaman tikinti üçün etibarlı və maliyyə baxımından sərfəli həll yoluna ehtiyac duyub. Ruukki ekstrimal klimatik özünəməxsusluğu olan ərazilərdə iş üzrə böyük beynəlxalq təcrübəyə sahibdir. Bu isə yerli sifarişçilərlə qarşılıqlı əlaqəni asanlaşdırır, çünki biz dəqiq bilirik ki, onlara nə lazımdır”.

“Ruukki Construction” şirkətinin satış üzrə direktor müavini, Qazaxıstanda “Ruukki Rus” MMC-nin nümayəndəliyinin rəhbəri Yevqeni Konnov isə bildirib ki, şirkət 2016-cı ildə iqtisadi turbulentlikdən və bazarın konyukturasından asılı olmayaraq regionda satış həcmi iri olan sifarişçilərlə əməkdaşlığın genişləndirilməsi sayəsində sabitlik nümayiş etdirib. Şirkət ilin sonunadək Qazaxıstanın paytaxtı Astanada kosmik aparatların montaj-sınaq kompleksi üçün konstruksiyalarının tədarükünü başa çatdıracaq.

Son bir ildə şirkət Qazaxıstana sexlərin, anbarların, sənaye və kənd təsərrüfatı təyinatlı anqarların tikintisində istifadəyə uyğun olan polad karkasların, sendviç panellərin, mühafizə konstruksiyalarının, üzlük və fasad sistemlərinin tədarükünü genişləndirib. 2017-ci ildə şirkət bazara yeni məhsullar, o cümlədən “Life” sendviç panelləri çıxarmağı planlaşdırır:

“Şirkətimiz son illərdə Mərkəzi Asiyada mövqeyini gücləndirib. Biz sifarişçilərimizin etibarını qazana bilmək və işimizin üstünlüklərini sübut etmək üçün uzun yol qət etmişik. Bizim məhsullar üstün xarakteristikaları ilə fərqlənirlər, istismar qarantiyasına görə isə burada rəqibimiz yoxdur”.

Konfransa qeyd edilib ki, Qazaxıstanda 2008-ci ildən bəri nümayəndəliyi fəaliyyət göstərən “Ruukki Construction” indiyə kimi Mərkəzi Asiyada sənaye, kənd təsərrüfatı, ərzaq və avtoriteyl, logistika, həmçinin idman obyektləri üzrə 180-dən çox layihə həyata keçirib. Ruukki-nin Mərkəzi Asiyadakı sifarişçiləri arasında “Şevron Munayqaz İnk.”, Toyota City Astana, ARSA Industry, Bek+ kimi şirkətlər var.

Şirkətin regionda tikdiyi ən məşhur obyektlər arasında Atıray Akparat telemərkəzi, Petropavlovskdakı çoxfunksiyalı idman kompleksi, Almatada yerləşən Lexus və Astanadakı Toyota şirkətləri üçün avtosalonları var.

“Ruukki Construction”un Avropada yerləşən 20 istehsal müəssisəsində ümumilikdə 3300 insan çalışır. 2014-cü ildə şirkətin satış həcmi 667 milyon avro təşkil edib.

“Ruukki Construction” tikinti sahəsində də istehlakçılara da xidmət göstərdiyi qeyd edilib: “Biz layihələndirmədən quraşdırılmaya qədər məhsullar və xidmətlərin tam diapazonunu təklif edirik ki, bu da bizim korporativ müştərilərə, o cümlədən investorlara və tikinti şirkətlərinə fəaliyyətlərini inkişaf etdirməyə kömək edir. Taxtapuşçular bizim fərdi müştərilərimizdir, onlara “Ruukki Plannja” ticarət markaları altında məhsullar və quraşdırma xidmətləri təklif edirik. Pərakəndə satış müəssisələrindən başqa, biz taxtapuşçulara 9 ölkədə “Ruukki Express” mağazaları və “Plannja” məntəqələri vasitəsilə xidmətlər təklif edirik”.

Qeyd edək ki, “Ruukki Construction” “SSAB”ın törəmə şirkətidir. SSAB – Şimali Avropa ölkələrində və ABŞ-da yerləşən, dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən poladtökmə şirkətidir. Şirkətin səhmləri Stokholm şəhərində “NASDAQ OMX” fond birjasında dövriyyədədir.

Şirkətlə ümumi tanışlıqdan sonra jurnalistlər tikintisi “Ruukki Construction” tərəfindən reallaşan “ICEBERG Almaty” logistika və “Ak Bulak” çoxfunksiyalı ticarət komplekslərinə və “Lexus Almaty” avtomərkəzinə baş çəkiblər.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın