Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Fikrət Qocanın oğlunu öldürən şəxs: “Onunla dost idik”

Fikrət Qocanın oğlunu öldürən şəxs: “Onunla dost idik”

Şair Fikrət Qocanın oğlunu öldürməkdə təqdirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəhmədov Elnur Balamirzə oğlunun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Nəhmədov ifadə verib.

Təqsirləndirilən şəxs bildirib ki, Yalçın Qocayevi öldürmək niyyəti olmayıb: “Onunla yaxın dost idik. Yalçını öldürmək niyyətim yox idi. Əməlimdən peşmanam”.

Daha sonra E.Nəhmətov hakimin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədovla birlikdə daha iki nəfər həbs edilib.

Onlar Pərviz Hüseynov və Ruslan Məmmədovdur. Hər iki şəxs Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinirlər. Elnur Nəhmədov isə Cinayət Məcəlləsisinin 120.2.2-ci (xuluqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi saytının məlumatına görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

 

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …