Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / FHN-in rüşvətə görə tutulan keçmiş inspektorundan xəbər var

FHN-in rüşvətə görə tutulan keçmiş inspektorundan xəbər var

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırov barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.

İttihama əsasən, Fövqəladə Hallar Nazirliyində (FHN) inspektor işləmiş İbrahim Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşlardan işə düzəltmək adı ilə pul alıb və vədinə əməl etməyib.

İ.Bağırov Qaratel Əhmədova və onun qohumlarından müxtəlif adlarla, o cümlədən, cadu pozmaq adı ilə pul və qızıl əşyaları alaraq, dələduzluq etməkdə ittiham edilir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. (Report)

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …