Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / FHN-də intim videolar çəkən polkovnikin məhkəməsinin tarixi bəlli oldu

FHN-də intim videolar çəkən polkovnikin məhkəməsinin tarixi bəlli oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videolarını yaymaqda təqsirləndirilən FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses dekabrın 14-nə təyin edilib.

İş hakim Məhəmməd Əkbərovun sədrliyi ilə araşdırılacaq.

Zərər çəkmiş qismində FHN və həmin nazirliyin iki qadın əməkdaşı tanınır.

Qeyd: Baş Prokurorluğun yaydığı məlumata əsasən, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə FHN-in işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Pravda.az

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …