Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Feyziyevdən sonra daha bir oliqarx ifşa edildi – London məhkəməsində iş açıldı

Feyziyevdən sonra daha bir oliqarx ifşa edildi – London məhkəməsində iş açıldı

Londonda çirkli pulların yuyulması ilə bağlı irimiqyaslı beynəlxalq əməliyyatla əlaqədar
daha bir azərbaycanlı milyonçunun məhkəməsi başlayıb.

Britaniya KİV-ləri xəbər verir ki, məhkəmə istintaqı Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyinin iddiası əsasında başlayıb.
Hələlik azərbaycanlı oliqarxın adı gizli saxlanılır. Lakin Evening Standard və BBC həmin şəxsin kimliyini üzə çıxarmağa çalışır.

Evening Standard qəzeti xəbər verir ki, iş adamı adının gizli saxlanılması üçün Britaniyanın ən məşhur üç hüquqşünasının xidmətindən istifadə edir.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində London məhkəməsi Evening Standard qəzetinin bəyanatı əsasında çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı oliqarx, “Avromed” şirkətinin rəhbəri, deputat Cavanşir Feyziyev və onun üç ailə üzvünün adından məxfilik qrifini götürmüşdü.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …