Çərşənbə , May 22 2019
Ana səhifə / Kriminal / FETÖ-nün daha bir əsas adamı Türkiyəyə gətirildi – Foto

FETÖ-nün daha bir əsas adamı Türkiyəyə gətirildi – Foto

Fətullahçı Terror Təşkilatının (FETÖ) 2016-cı il 15 iyulda qiyam cəhdindən sonra Ukraynaya qaçan təşkilatın sosial şəbəkə üzrə mütəxəssisi Yusuf İnan bu gün Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən Türkiyəyə gətirilib.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, o, qiyam cəhdindən öncə qurduğu internet saytları və sosial şəbəkə hesabları vasitəsilə önəmli siyasi şəxsiyyətlərlə dövlət rəhbərlərini etibarsızlaşdıran yazılar dərc edib.

Y. İnan “silahlı terror təşkilatına üzv olma” cinayət maddəsi üzrə axtarışa verilmişdi.

Qeyd edək ki, MİT iyulun 12-də barələrində axtarış elan edilən daha iki terrorçunu xaricdə tutaraq Türkiyəyə gətirib. Belə ki, FETÖ üzvlərindən olan İsa Özdəmir Azərbaycanda, Salih Zəki İgid isə Ukraynada yaxalanaraq günortadan sonra xüsusi təyyarə ilə İstanbula aparılıb.

İsa Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Onun FETÖ-nün “Azərbaycan kassası” olaraq da xidmət etdiyi bildirilib. O, “Avro 2000” firmasının sahibi olub.

Ukraynada yaxalanan FETÖ üzvü Saleh Zəki İgidin isə Mersində terror təşkilatına bağlı iş adamlarının imamlığını həyata keçirdiyi müəyyənləşdirilib.

Həmçinin oxuyun

Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərlərinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənzili bir neçə nəfərə satan “İdeal-V” tikinti şirkətinin direktoru …