Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / FETÖ-nün “Azərbaycan təmsilçisi” Türkiyədə həbs edildi

FETÖ-nün “Azərbaycan təmsilçisi” Türkiyədə həbs edildi

Türkiyə polisi Fətullahçı Terror Təşkilatının (FETÖ) “Azərbaycan üzrə təmsilçisi”ni həbs edib. Bu barədə “Anadolu” agentliyinə istinadən “Milliyet” xəbər verib.

Məlumatda ad və soyadlarının baş hərfləri qeyd olunmuş şəxsin (F.Y.) FETÖ-nün Azərbaycandakı quruculuğunda mühüm rol oynadığı bildirilib.

Xəbərdə həmçinin barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmiş şəxsin Türkiyə ərazisinə daxil olarkən saxlanıldığı və Ankara Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsinin əməkdaşlarına təhvil verildiyi qeyd edilib.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …