Fətullahçı terror təşkilatına (FETÖ) üzv olan türkiyəli müəllim Mehmet Gelen Azərbaycanda saxlanılıb.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb.
Fətullah Gülənə məxsus məktəblərdə müəllimlik edən M.Gelenin saxta pasportla Belarusa keçmək cəhdi baş tutmayıb. O, Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib. (Azvision.az)