Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Fermerlərə 40%-lik güzəşt verildi – YENİ QƏRAR

Fermerlərə 40%-lik güzəşt verildi – YENİ QƏRAR

Azərbaycan fermerləri xaricdən dövlət xətti ilə gətirilən və lizinq yolu ilə satılan suvarma sistemlərini böyük endirimlə ala biləcəklər. Fins.az-an məlumatına görə, bu “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”na edilən dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliyə görə, bundan sonra dövlət xətti ilə gətirilərək fermerlərə satılan avadandıqların sırasına suvarma sistemləri dəsti və avadanlıqları da əlavə edilib. Bundan başqa, bu il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən “Aqrolizinq” ASC-dən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq ediləcək.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın