Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Fazil Mustafa:”..deputatların maaşı azaldıla bilər”

Fazil Mustafa:”..deputatların maaşı azaldıla bilər”

Dünyada gedən qlobal iqtisadi böhran neft ölkəsi Azərbaycandan da yan keçməyib. Problem ölkəmizdə bir çox iş yerlərinin bağlanması, işçilərin ixtisarı, həmçinin əmək haqlarının azaldılması ilə müşahidə edilir. Qeyd edək ki, ABŞ və Avropanın iqtisadi sanksiyalar tətbiq etməsindən sonra çətin duruma düşən Rusiyada anti-böhran planı işlənib hazırlandı. Prosesin müsbət yöndə həllinə nail olmaq üçün prezident Vladimir Putin özü də daxil olmaqla hökumət başçısının, baş prokuror və istintaq komitəsi sədrinin maaşlarını 10 faiz azaltdı.
Azərbaycandan yan keçməyən iqtisadi təlatümlər şəraitində hökumət nümayəndələri, məmurlar, eyni zamanda deputatların maaşlarının azaldılması gerçəkləşə bilərmi? Deputatlar bu addımı necə qarşılayar?
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa modern.az saytına deyib ki, indiki şəraitdə məmurların maaşının azaldılmasının heç bir əhəmiyyəti yoxdur: “Əgər problem iqtisadi qanunlarla öz həllini tapmırsa, məmurun, deputatın maaşının azaldılması heç bir işə yaramır. İş yerləri bağlanır və işsizlik artır. Qiymətlər qalxır deyə yoxsulluq azalmır”.
Deputatın fikrincə, hadisələrə real iqtisadi yanaşma olarsa, məmurların maaşı azaldıla bilər: “Real iqtisadi yanaşma olmayanda məmurun aldığı maaş bazar qiymətləri ilə onu qoruyacaq qədər yetərli deyil. Ona görə bunu tətbiq etməzdən əvvəl düşünmək lazımdır. Əgər ümumi fədakarlıqdırsa, onda gerçək iqtisadi vəziyyət 1 faiz həll olunmalıdır. Cəmiyyət inandırılmalıdır ki, belə addımın atılması işin faydasına ola bilər, bununla müəyyən dərəcədə qənaətə nail olmaq mümkündür.
Bütün bunlar yoxdursa, indiki şərtlər daxilində məmurun maaşının azaldılması əlavə problemlər yarada bilər. Nəzərə almaq lazımdır ki, məmurlar da bu ölkənin vətəndaşlarıdır, onların da yaşayış standartları var. Ola bilsin ki, müəyyən ixtisarlara gedilsin, amma bunun özü də insanların işsiz qalması ilə nəticələnəcək. Populizm naminə, hərənin maaşı 100 manat azaldılmaqla nəyəsə nail olmaq mümkün deyil. Ölkədə daha kritik vəziyyət yaranarsa, məmurların maaşlarının azaldılmasına getmək olar”.
Onun fikrincə, indiki vəziyyətdə çıxış yolu real iqtisadi rəqabət mühiti yaratmaqdır: “Azərbaycanda inhisarçılıq yığışdırılarsa, bircə günün içərisində təşəbbüskarlıqla müəyyən problemləri həll etmək olar”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın