Ana səhifə / Kriminal / Fazil Məmmədov hesabat verdi
????????????????????????????????????

Fazil Məmmədov hesabat verdi

Vergilər Nazirliyində Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara və vergi orqanlarının cari ilin ilk altı ayının nəticələrinə həsr edilmiş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda çıxış edən Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan inamla inkişaf edir və bunun təməlində düşünülmüş siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlar dayanır. Bununla belə, iqtisadiyyatda mövcud olan dinamikanı saxlamaq, ölkənin qarşısında duran sosial-iqtisadi məsələləri həll etmək üçün vergi orqanları daha səmərəli və intensiv işləməli, ölkə Prezidentinin müəyyən etdiyi tapşırıqların icrasını təmin etməlidirlər.

F. Məmmədov bildirib ki, yaranmış yeni iqtisadi şəraitdə ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün bir sıra islahatların aparılmasını zəruri edib. Sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi üçün cari ilin əvvəlindən başlayaraq, həm qanunvericilik sahəsində, həm də inzibatı idarəetmə sistemində ciddi islahatlar aparılıb, sahibkarlıq subyektlərinin sərbəst fəaliyyəti, yoxlamaların sayının minimuma endirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi yükünün azaldılması, biznes mühitində şəffaflığın təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstəyin artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.

2016-cı ilin birinci yarımilliyində dövlət büdcəsinə 3 milyard 190.1 milyon manat vəsait toplanaraq proqnoza 102 faiz əməl edilib. Bu vergilərin 929 milyon manatı və ya 29,1 faizi dövlət sektorundan, 2 milyard 261,1 milyon manatı və ya 70,9 faizi qeyri-dövlət sektorundan daxil olub.

Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 2 milyard 495,4 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 215,1 milyon manat və ya 9,4% çoxdur. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 bənd artaraq 78,2 faiz təşkil edib.

Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi nəticəsində 2016-cı ilin birinci yarımilliyində regionlar üzrə proqnoz tapşırıqları tam həcmdə yerinə yetirilib və ümumilikdə, regionlardan vergi daxilolmaları 275,3 milyon manat təşkil edib.

Vergilər Nazirliyi tərəfindən biznes subyektlərinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində həyata keçirilən tədbirlərə toxunan F. Məmmədov qeyd edib ki, onun ötən ilin noyabr ayından kiçik sahibkarlıq subyektlərində vergi yoxlamalarının dayandırılması barədəki əmrindən sonra cari ilin 6 ayı ərzində ümumilikdə vergi nəzarəti tədbirlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, o cümlədən səyyar vergi yoxlamalarının sayı 2 dəfə, kameral vergi yoxlamalarının sayı 2,6 dəfə, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 7,4 dəfə azalıb.

Kollegiya iclasında Vergilər nazirinin müavini İlkin Vəliyev əlavə vergi mənbələrinin müəyyən olunması, Vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədov və Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi Natiq Şirinov mövcud vergi potensialının tam həcmdə vergiyə cəlb edilməsi, bu sahədə şəffaflığın təmin olunması ilə bağlı görülən işlər barədə məruzələrlə çıxış ediblər. Daha sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq cari ilin sonuna kimi real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, vergi öhdəliklərinə əməl olunması, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi sahəsində mövcud vəziyyət ətraflı müzakirə edilib.

Kollegiya iclasında yekun nitqi ilə çıxış edən vergilər naziri Fazil Məmmədov müzakirə edilən məsələlərlə bağlı konkret Tədbirlər Planı layihəsinin hazırlanması barədə tapşırıq vermiş və Vergilər Nazirliyi adından dövlət başçısını əmin etmişdir ki, vergi orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrası təmin olunacaqdır.

Həmçinin oxuyun

Bakıda atasının təhqirlərinə dözməyən 19 yaşlı qız bıçağa əl atdı

Adam bıçaqlamaqda təqsirləndirilən 19 yaşlı Günel məhkəmə önündə törətdiyi cinayətə görə cavab verir. O, özgənin …

Bir cavab yazın