Çərşənbə , İyul 17 2019
Ana səhifə / Kriminal / “Favorit” market alıcıları belə aldadır

“Favorit” market alıcıları belə aldadır

“Favorit” marketdən daha bir şikayət gəlib.

BAKU.WS-in məlumatına görə, bu dəfə alıcılardan biri marketdən alınan balıq filesinin qablaşdırmasını açan zaman şoka düşüb. Şikayətçinin qablaşdırmanı açması anbaan lentə alınıb.

Video İqor Borkin adlı istifadəçi tərəfindən sosial şəbəkəyə yerləşdirilib. Alıcı balıq filesinin üzərindəki buz qatını əli ilə qıraraq bütöv çəki üçün verdiyi pulun yarısını əslində su için ödədiyini bildirir. Alıcı balıq filesi üzərindəki buz qatını qırıb qabın içinə tökür. Sonda qabda ən az balıq filesinin çəkisinin özü qədər buz qatı toplanır.

Qeyd edək ki, bu “Favorit” marketlə bağlı ilk belə şikayət deyil. Bir qədər əvvəl marketdə malların piştaxtdakı qiymətlərlə kassada vurulan qiymət arasında fərq olduğu bildirilirdi. Şikayətdə deyilirdi ki, piştaxtlarda malların qiyməti ucuz göstərilərək alıcılar şirnikləndirilir. Kassaya isə baha qiymət vurulur.

“Favorit” market alıcıları belə aldadır (VİDEO)
“Favorit” market alıcıları belə aldadır (VİDEO)

 

Həmçinin oxuyun

1 nömrəli “qanuni oğru”nun həbsinin “Quli”yə nə dəxli?

Oleq Şişkanov kriminal aləmdə  “nömrə 1“ olsa da, o, daha çox slavyan qruplaşmasının lideri kimi …

Bir cavab yazın