Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Kriminal / Fahişəliyə cəlb olunan azərbaycanlı qız: “Gün ərzində 7 manatdan 15 nəfərlə…”

Fahişəliyə cəlb olunan azərbaycanlı qız: “Gün ərzində 7 manatdan 15 nəfərlə…”

Azərbaycanlı qadınları Türkiyəyə aparaq fahişəliyə cəlb etməkdə təqsirləndirilən Nuranə Əliyevanın (ad-soyad şərtidi) cinayət işi

Lent.az Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan qadının cinayət işi materiallarına istinadən zərərçəkmişlərin dəhşətli ifadələrini təqdim edir…

Məhkəmədə dindirilən zərərçəkmiş Nuray Nəzərova (şərtidir) ifadəsində bildirib ki, Xaçmazda ağır vəziyyətdə yaşayıb: “Türkiyəyə gedib, normal işdə çalışmaq niyyətim vardı. Rayonda bir-iki tanıdığımla məsləhətləşdim. Rayondan Nurəsdə adlı qız yaxın vaxtlarda İstanbula gedəcəkdi. Mən də onunla əlaqə saxladım, birlikdə getməyə qərar verdik. İstanbula çatanda bizi Nuranə və Murad adlı türk qarşılayaraq evlərinə apardı. Həmin axşam Nuranə məndən pasportumu istədi. Dedi ki, etibarlı yerdə saxlayaq. Mən də razılaşaraq pasportumu ona verdim. Sabahı gün Nuranə mənə burada fahişəlikdən başqa iş olmadığını dedi. İstanbula gələndə borc alıb gəldiyimdən onun dediyi ilə razılaşmağa məcbur qaldım. Nuranə və Murad müştərilər tapırdı, pulu da onlar alırdı, hər müştəridən alınan puldan az bir hissəsini mənə verirdilər. Bir neçə il cinsi istismara məruz qalmışam. Daha sonra vizamın bitməsinə az qalmış, sənədlərimi Nuranədən geri alıb Azərbaycana qayıtmışam”.

Digər zərərçəkmiş Turanə Şəkərova (ad-soyad şərtidir) ifadəsinə qeyd edib ki, 18 yaşı olan zaman Nuranə və bacısının təkidi ilə İstanbula kafedə xadimə işləmək adı ilə aparılıb:

“Həmin vaxt anam xəstə idi. Onun müalicəsinə xeyli pul lazım idi. Ona görə Türkiyədə xadimə işləmək üçün getdim. Hətta yol pulum belə yox idi. Nuranənin bacısı mənə yol pulu verdi, Anama da bilet aldılar, avtobusla Türkiyəyə yola saldılar. İstanbulda Nuranənin özü və həyat yoldaşı kimi təqdim etdiyi Murad adlı şəxs bizi qarşıladı. Onlar bizi Halkalı bölgəsində yerləşən yaşadıqları evlərinə apardılar. İki gün Nuranəgillə birlikdə yaşadıqdan sonra ayrı ev tutdular. Anam onlarda qaldı. Dedilər ki, sən işdə-gücdə olacaqsan. Mən də razılaşdım. Təzə evdə Nuranə məndən pasportumu aldı ki, etibarlı yerdə saxlayacaq. Pasportumu ona verdim. Axşamı hansı kafedə işləyəcəyimi soruşdum. O isə mənə  xadimə işinin olmadığını onun nəzarəti altında fahişəliklə məşğul olacağımı dedi. Çıxış yolum yox idi. Yaşamaq və anamı müalicə etmək üçün pula kəskin ehtiyacım var idi. Ona görə də razılaşmağa məcbur oldum. Bundan sonra Nuranə və  Muradın gətirdiyi şəxslərlə intim əlaqədə oldum. Həmin şəxslərdən pulları Nuranə və Murad alardı. İki il müddətində gün ərzində 10-15 nəfər kişi ilə görüşüb cinsi əlaqədə olmağa məcbur edildim. Nuranəyə yaşım az olduğumdan dözə bilmədiyimi deyəndə məni hədələdi. Anamı müalicəyə aparırdılar. Ona görə dedikləri ilə razılaşırdım. Müştərilərlə 100 türk lirəsi( 21 manat) müqabilində görüşdüm. Həmin pulun 70 lirəsini (14 manat) Nuranəgil özlərinə götürürdü, qalan 30 lirəsini (7 manat) isə mənə verirdilər. Bundan başqa, Nuranə hər gündən məndən 30 türk lirəsi (7 manat) ev pulu alırdı. Müştərilərlə evdən kənarda, otellərdə və evlərdə görüşürdük. Əsasən müştərilər məni gəlib özləri ilə aparırdılar”.

Həmçinin oxuyun

Şəhid anasını oğlunun sağ olduğuna inandıran şəxslər saxlanılıb – VİDEO

Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə …