Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Fəridə Əzizovanın evini soyanlara 8 il həbs tələbi

Fəridə Əzizovanın evini soyanlara 8 il həbs tələbi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək N. İsrafilovun 8 il 6 ay  müddətinə, N. Fərəcovanın 5 il 6 ay il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

N. Fərəcova azadlıqda olduğu üçün prokuror hökm zamanı onun məhkəmə zalında həbs olunmasını tələb edib.

Eyni zamanda, N. İsrafilovun 2014-cü ildə Gəncə şəhərində oğurluq etdiyi üçün məhkəmənin hökmü ilə 1500 manat cərimələndiyini, lakin həmin pulu ödəmədiyini bildirib. Bu cərimənin də ödənilməsinin hökmdə qeyd olunmasını istəyib.

Nərgiz Fərəcovanın valideynləri F.Əzizovaya dəyən ziyanın əksər hissəsi, 53 min manat ödəyiblər. Zərərin 14 min manatı ödənilməyib.

F. Əzizova deyib ki, Nicata 16 ilə qədər cəza düşəcəyi deyilsə də, prokuror onun yarısını istəyib. Zərərçəkən idmançı çıxışında Nicata daha ağır cəza verilməsini tələb edib:  “Nərgizin ailəsi qalan pulu da ödəyəcəyini deyir və məndən vaxt istəyir. Onlara bu ayın sonuna kimi vaxt verirəm”.

Proses sentyabrın 19-da davam etdiriləcək.

İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …