Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Kriminal / Fəxrəddin Abbaszadə qolu qandallı Bakıya gətirildi

Fəxrəddin Abbaszadə qolu qandallı Bakıya gətirildi

Fevralın 28-də Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı əsasında erməni xüsusi xidmət orqanlarının məşhur agentlərindən biri Fəxrəddin Abbaszadə Rusiyadan Azərbaycana deportasiya olunub. Uzun illər ərzində Azərbaycan vətəndaşı F.Abbaszadə məqsədyönlü və metodiki şəkildə Azərbaycan xalqına qarşı informasiya-siyasi müharibə aparıb, torpaqlarımızı işğal etmiş ölkəni – Ermənistanı açıq şəkildə dəstəklədiyini bildirib.

Fəxrəddin Abbaszadə

Fəxrəddin Abbaszadə tez-tez Yerevanda qonaq olub – orada yeganə məqsədi müxtəlif anti-Azərbaycan dairələrinin fəaliyyətinin birləşdirilməsi, təşkilatlandırılması və erməni təbliğatına lazım olan məcraya yönəldilməsi olan “elmi” konfranslarda iştirak edib. Yerevan Dövlət Universiteti ilə əməkdaşlığına görə minnətdarlıq əlaməti olaraq fəxri titul alıb.

Bir müddət Fəxrəddin Abbaszadə hətta Yerevanda yaşayıb. Lakin Rusiya Federasiyasında yaşadığı dövrdə də fasiləsiz olaraq Azərbaycana qarşı təbliğat aparıb və onun ərazi bütövlüyünü, bu azmış kimi, suveren dövlət olaraq mövcud olmasını belə şübhə altına alıb. Bununla yanaşı, Fəxrəddin Abbaszadə təkbaşına fəaliyyət göstərməyib, Azərbaycandan çıxan, separatçılıq ideyalarını təbliğ edən, Azərbaycan dövlətçiliyi əleyhinə çıxışlar edən şəxsləri təşkil etməyə və birləşdirməyə çalışıb.

Çoxsaylı tədbirlərdə onu və “həmkarlarını” tez-tez tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın işğalçı rejiminin nümayəndələri ilə yanaşı görmək olardı.

Təbii ki, bu cür qiymətli müttəfiq erməni xüsusi xidmət orqanlarının nəzərindən qaça bilməzdi. Həmin bu xüsusi xidmətlərdən olan kuratorları ona maddi kömək edir, o cümlədən bu işə müxtəlif erməni təşkilatlarını, misal üçün, “Rusiya erməniləri ittifaqı”nı cəlb edirdilər.

Həmçinin təbiidir ki, Fəxrəddin Abbaszadənin bu pozucu fəaliyyəti, onun düşmən tərəfi ilə əlaqələri Azərbaycan hüquq-mühafizə orqanlarının diqqətindən yayına bilməzdi. Bu Azərbaycan vətəndaşı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri üzrə cinayət işi başlanmış və o, beynəlxalq axtarışa verilmişdi.

Ötən ilin sentyabrında Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Fəxrəddin Abbaszadə Moskvada həbs edildikdən dərhal sonra Ermənistan KİV-ləri və ermənilərin nəzarəti altında olan Rusiya KİV-ləri onu dəstəkləyən və Fəxrəddin Abbaszadəni Azərbaycana təhvil verməmək çağırışları əks olunmuş məqalələr dərc etdilər.

Fəxrəddin Abbaszadə Yerevanda professor. Filologiya elmləri doktoru, Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri, Qafqaz iranşünaslıq Mərkəzinin direktoru Qarnik Seroboviç Asatryanla birlikdə

Budur, indi Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistanın və onun xüsusi xidmət orqanlarının quyruq bulayanı Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcək. Maraqlıdır ki, Fəxrəddin Abbaszadə qolu qandallı şəkildə Azərbaycana xalqımızın Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etdiyi günün ertəsi gətirildi. Bir tərəfdən, Xocalı faciəsinin ildönümü fonunda Xocalıda soyqırımı təşkil edənlərlə könüllü və düşüncəli şəkildə əməkdaşlıq edən Fəxrəddin Abbaszadənin və onun kimilərin mənəviyyatsızlığının bütün dərinliyi açıq-aşkar görünür. Uzun illər ərzində davam etmiş bu “əməkdaşlıq” erməni işğalçıları ilə mübarizədə həlak olmuş, milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının xatirəsini təhqir edir.

Bununla yanaşı. bu həbs öz xalqını satmış kəslərin cəzalanmasının qarşısıalınmaz olduğunun parlaq nümayişidir. Fəxrəddin Abbaszadənin hələlik azadlıqda olan və onun kimi düşmənlə əməkdaşlıq edən bütün “həmfikirləri” əmin ola bilərlər ki, onları da satqınlıqlarına görə ədalətli qisas gözləyir.

Həmçinin oxuyun

Ana özünü körpəsini parçalayan itin qarşısına atdı – Azərbaycanda DƏHŞƏT

Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Məmmədova Lalə Fəxrəddin qızı bədbəxt hadisə ilə üzləşib.Azinforum.az sputnik.az-a istinadla …